!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İKT-yə yeni rəhbər seçildi

!Reklam – Yazi

“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin İdarə heyətinin növbəti toplantısı keçirilib.

Assosiasiyadan Yenicag.az-a verilən məlumata görə, toplantıda tanınmış İKT mütəxəssisi Elvin Abbasov birliyə yeni rəhbər seçilib və indiyə qədər görülən işlər barədə geniş müzakirə aparılıb. Toplantı iştirakçıları, həmçinin qarşıda görüləcək işlər və planlar barədə yol xəritəsi müəyyən ediblər.

Birliyin yeni sədri Elvin Abbasov qeyd edib ki, müasir dünya ilə ayaqlaşan, novator fikirlər, tezislər müəyyən edilməli və həyata keçirilməlidir: “Gənc, peşəkar kadrlar bu fəaliyyətdə avanqard rolunda iştirak etməlidirlər”.

Elvin Abbasov əlavə edib ki, birliyin fəaliyyəti “Texnologiya bütün sahələri birləşdirən dəyər zənciridir” şüarı əsas götürülməklə tənzimlənməlidir.

O, birliyin missiyası, vizyonu və başlıca hədəfləri barədə iştirakçıları məlumatlandırıb.

www.yenicag.az

430
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv