!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İl ərzində ölkədə adambaşına meyvə istehlakı ilə bağlı rəqəmlər AÇIQLANDI

!Reklam – Yazi

Ölkədə adambaşına il ərzində meyvə istehlakı ümumilikdə 45-50 kq-dır.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarında qeyd edilib.

Belə ki, adambaşına illik quru meyvə istehlakı: ərik qurusu üzrə 0,6 kq, kişmiş üzrə 0,7 kq, gavalı qurusu üzrə 0,4 kq təşkil edir.

Statistik məlumatlar bazasında meyvə və tərəvəz konservlərinin adambaşına istehlakı barəsində məlumat da mövcuddur ki, buraya da meyvə qurusu və püresi aid edilir. Məlumatda meyvə və tərəvəz konservləri üzrə ölkədə adambaşına illik istehlakın 17,1 kq təşkil etdiyi qeyd edilib.

Quru meyvə istehsalı son dörd il ərzində yüksək artım tempi ilə inkişaf etməkdədir və 2020-ci ildə 2017-ci illə müqayisədə 9,6 dəfə artıb.

Statistik məlumatlar bazasında meyvə və tərəvəz konservlərinin istehsalı ilə bağlı məlumatlar və quru meyvələrlə bağlı ümumi statistika da mövcuddur ki, bu da meyvə qurusu və püresi istehsalını da özündə ehtiva edir.

2020-ci ildə meyvə və tərəvəz konservlərinin istehsalı 186,7 min ton olub ki, bu da 2015-ci illə müqayisədə 26% artım deməkdir.

Ümumilikdə isə statistik məlumatlar onu deməyə əsas verir ki, meyvə emalı sahəsində istehsal artan templə davam edir.

www.yenicag.az

363
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv