!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İlahə Fəda ilə məşhur aparıcı arasında QALMAQAL: “Ağzının üstündən vurdum”

!Reklam – Yazi

“Baxırsan, adamın sənəti var, amma verilişdə aparıcı onu aşağılayır, təhqir edir, bambılı yerinə qoyur. Maraqlıdır ki, o da aparıcının cavabını vermir, sanki bu dialoq onun xoşuna gəlir. Amma özünə hörmət edən sənətkar heç vaxt elə təhqirə dözməməlidir”.

Bunu Yenicag.az-a açıqlamasında müğənni İlahə Fəda reytinq naminə sənətçiləri aşağılayan, təhqir edən aparıcılarla bağlı fikirlərini bölüşərkən deyib.

O, qeyri-peşəkar, savadsız aparıcıların efir məkanında olmasından təəssüfləndiyini bildirib:

“Heç vaxt sənətçi imkan verməməlidir ki, aparıcı onunla artıq-əskik hərəkət etsin, onu bambılı yerinə qoysun. Amma çoxları buna rəvac verir. Nə vacibdir, bir verilişdə görünəcəksən deyə niyə özünü aşağılayırsan? Müğənni belə olan halda ya həmin aparıcının sözünü dərhal kəsməli, ya da verilişi tərk etməlidir. Bu həmin aparıcıya bir dərs olar. Özüm belə halla qarşılaşmamışam. Daha doğrusu, hansısa aparıcı elə ağzını açıb sual verəndə dərhal ağzının üstündən vurmuşam. Başa düşüb ki, “həna”, o “həna” deyil, özünü yığışdırıb. Verilişdən sonra telefonlarım susmayıb. Nə qədər insan zəng edib deyib ki, o aparıcının cavabını yerində verdin, ürəyimizdən tikan çıxardın. Yəni demək istəyirəm ki, müğənni aparıcıya şərait yaratmamalıdır, ona yerini göstərməlidir. Sən sənətkarsan, reytinq sənin nəyinə lazımdır?”

Cəvahir

www.yenicag.az

556
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv