!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İlahə Fədadan SƏRT İRAD: “Diringi” mahnılarla bu milləti nə qədər oynatmaq olar?

!Reklam – Yazi

“Bu milləti nə qədər oynatmaq olar axı?Nə qədər “diringi” mahnılar olar?”

Bunu sənət aləmində onu narahat edən problemlərdən danışarkən müğənni İlahə Fəda Yenicag.az-a açıqlamasında deyib.

Müğənni musiqimizin düşdüyü acınacaqlı durumdan narahat olduğunu bildirib:

“Məni heç vaxt kimin-kiminləsə dava etməsi, qalmaqalı, gündəm naminə dedi-qodusu maraqlandırmır. Sənət cameəsində məni ən çox narahat edən musiqimizə olan laqeydlikdir. Gözəl bəstəkarlarımızın bəstələdiyi yaxşı sənət əsərləri arxa planda qalıb, oxuyan yoxdur. Oxuyanların da yeri yoxdur. Camaat “diringi”, bayağı mahnılar istəyir. Reklam, gündəm naminə sənətdən başqa hər şeyi göstərirlər. Bir dənə sənəti nümayiş etdirən yoxdur”.

İ.Fəda telekanallardan da gileylənib. Efirdə dəvət etdikləri müğənnilərdən yalnız oynaq mahnılar tələb olunduğunu təəssüf hissi ilə bildirib:

“Bu qədər gözəl bəstəkarlarımız var. O qədər xoşbəxt insanam ki, bu sənətin qaymaqları ilə işləmişəm. Dörd il Konservatoriya oxumuşam ki, indi gəlib “diringi” oxuyum?

Efir xəstəsi deyiləm, amma dəvət olunan yerlərə gedirəm. Deyəndə ki, gəlirəm, soruşurlar hansı mahnıları oxuyacaqsan? O musiqiləri göndərəndə deyirlər bəs oynaq mahnılar yoxdur? Nə qədər “diringi” mahnılar olar? Bu milləti “diringi” ilə nə qədər oynatmaq olar axı? Sonra da deyirlər ki, millət bu mahnılara qulaq asır, xeyr belə deyil. Bizim millət gözəl musiqilər dinləyib həmişə. Sadəcə olaraq siz oxuya bilmirsiniz. Belə olanda da başlayırlar bayağı formada mahnılar oxumağa. Oxuduqları musiqilər yalındır, cılızdır, keçəldir. Bunu da ört-basdır etmək üçün başlayırlar qarderobları, geyimləri, saç düzümləri ilə gündəmə gəlməyə. Ay bunun mikrafonu qızıldandır, ay bunun paltarında brilliant qaşlar var və s. Bunlar hamısı çox gülünc və eyni zamanda ağlamalıdır. Rəhmətlik Sabirin gözəl sözləri yadıma düşür: “Gülürük ağlanacaq halımıza. Mən də gülürəm, əslində ağlamalıdır. Bizim sənət bu deyil axı. Reytinq qazanmaq üçün deyirlər, “Oynamalı mahnı oxu”. Niyə axı? Bəlkə xalq musiqiyə qulaq asmaq istəyir? Oynamaq istəyən o qədər gözəl oyun havaları var ki, qoysun oynasın. Sənətkarlar yığışıb üsyan bayrağı qaldırmalıdır, musiqini bu günə qoymaq omaz axı”.

Cəvahir

www.yenicag.az

587
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv