!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlahiyyat İnstitutu yeni binaya köçür: Köhnə binanın taleyi məlum oldu

!Reklam – Yazi

“Azərbaycan İlahiyyat İnstitutunun yeni inzibati binası istifadə üçün tam hazırdır. Tədris prosesi davam etdiyindən dərslərə mane olmamaq şərtilə köçürülmə işləri aparılır”.

Yenicag.az xəbər verir ki, bu barədə İnstitutdan məlumat verilib.

Bildirilib ki, proses mümkün olan ən qısa zamanda yekunlaşacaq.

Hazırda institutun fəaliyyət göstərdiyi bina Bakı Dövlət Universitetinin (BDU) balansındadır.

BDU-dan bildirilib ki, həmin binanın otaqlarından auditoriya kimi tədris prosesində istifadə olunacaq.

Qeyd edək ki, hazırda Azərbaycan İlahiyyat İnstitutunda 277 tələbə təhsil alır, onların təlim-tərbiyəsi ilə 43 müəllim məşğul olur.

Xatırladaq ki, aprelin 11-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışı olub. İnstitut Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərir./Report/

www.yenicag.az

434
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv