!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev Almaniya Xarici İşlər Nazirliyinin dövlət nazirini qəbul etdi - YENİLƏNDİ

!Reklam – Yazi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin dövlət naziri Tobias Lindneri qəbul edib.

Yenicag.az xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin inkişaf dinamikasının artdığı qeyd edildi, Prezident İlham Əliyevin bu ilin mart ayında Almaniyaya səfərindən sonra ölkələrimiz arasında əlaqələrdə yeni səhifənin açıldığı məmnunluqla vurğulandı.

Söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi və sülhün əldə edilməsi istiqamətində ölkəmiz tərəfindən göstərilən səylərdən danışıldı.

Enerji sahəsində əməkdaşlıq və bu əməkdaşlığın gücləndirilməsi, həmçinin Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış Anlaşma Memorandumu ilə bağlı fikir mübadiləsi aparıldı.

***

11:09

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin dövlət naziri Tobias Lindneri qəbul edib.

Yenicag.az xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb.

www.yenicag.az

162
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv