!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev "Azərsu"ya 5 milyon ayırdı - SƏRƏNCAM

!Reklam – Yazi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, sərəncamda deyilir:

“Əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində regionlarda yerləşən yaşayış məntəqələrinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı layihələrin uğurlu icrası nəticəsində mühüm tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Yevlax şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlanılması məqsədilə qərara alıram:

1. Yevlax şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.

www.yenicag.az

1807
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv