!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev: “Bir həll yolu var: işğalçı qüvvələr torpaqlarımızdan çıxarılmalıdır”

!Reklam – Yazi

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bir yolu var: işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılmalıdır”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib.

“Münaqişənin həllinə gəldikdə isə bunun bir yolu var: işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra olunmalıdır. Bu qətnamələr qüvvədədir və bu qətnamələrdə açıq-aydın göstərilib ki, – əgər kimsə bunu unudubsa, xatırlada bilərəm, – erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr qüvvədədir və qüvvədə olacaq. Ona görə bu münaqişənin həlli bu qətnamələrin icrasından asılıdır və əlbəttə ki, Azərbaycan öz prinsipial siyasətini aparacaq”, – deyə dövlət başçısı əlavə edib.

www.yenicag.az

1469
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv