!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev bu ölkələrin səfirlərinin etimadnamələrini qəbul etdi - YENİLƏNDİ / FOTO

!Reklam – Yazi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Yunanıstan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistriasın etimadnaməsini qəbul edib.

Yenicag.az xəbər verir ki, səfir Xristos Kapodistrias etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı Cənub Qaz Dəhlizinin ölkələrimizi birləşdirdiyini və bütöv bir regionun inkişafına töhfə verdiyini, ümumi maraq kəsb edən layihə olduğunu bildirib. Həmçinin Yunanıstanın Azərbaycan qazının digər Avropa ölkələrinə çatdırılmasında tranzit ölkə rolunu oynadığını qeyd edib.

Prezident İlham Əliyev Yunanıstan ilə Bolqarıstan arasında interkonnektorun açılış mərasimində iştirakını məmnunluqla xatırlayıb və bu layihənin Avropanın enerji təhlükəsizliyinə töhfə verməsinin əhəmiyyətini vurğulayıb.

Dövlət başçısı ölkələrimiz arasında enerji ilə bərabər, digər sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu deyib.

Səfir Xristos Kapodistrias Azərbaycanda fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib. Diplomat xüsusilə elm, təhsil, mədəniyyət, turizm, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə geniş əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb.

Görüşdə, həmçinin Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığı məsələlərinə də toxunulub, Yunanıstanın Azərbaycanın hər iki təsisatla əlaqələrinin genişləndirilməsini dəstəklədiyi qeyd olunub.

Söhbət zamanı regional məsələlərə toxunularaq, Azərbaycan ərazisində Laçın-Xankəndi yolunda baş verən hadisələr haqqında məlumat verilib, yolun guya bağlı olması barədə Ermənistan tərəfinin iddialarının tamamilə əsassız olduğu bildirilib.

Dövlət başçısı qeyd edib ki, dekabrın 12-dən indiyədək Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə mülki şəxslərin və mülki yüklərin, 1000-ə yaxın nəqliyyat vasitəsinin bu yolla hər iki istiqamətdə hərəkəti təmin olunub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Ann Buayonun etimadnaməsini qəbul edib.

Yenicag.az xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra dövlət başçısı səfirlə söhbət edib.

Prezident İlham Əliyev Azərbaycan ilə Fransa arasında diplomatik əlaqələrin qurulmasının keçən il 30 illiyinin qeyd olunduğunu vurğulayıb. Dövlətimizin başçısı ötən müddət ərzində iki ölkə arasında diplomatik əlaqələrin zəngin tarixinin olduğunu diqqətə çatdırıb.

Azərbaycan Prezidenti qarşıdakı dövrün ikitərəfli əlaqələrin inkişafı və beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında əməkdaşlıq baxımından daha da səmərəli olacağına ümidvarlığını ifadə edib.

Səfir ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Fransaya səfərini xatırlayıb, ölkəmizdə səfir kimi fəaliyyəti dövründə Azərbaycan ilə Fransa arasında münasibətlərin inkişafına töhfə vermək üçün səylərini əsirgəməyəcəyini bildirib.

Söhbət zamanı regional məsələlərə də toxunulub. Dövlətimizin başçısı son dövrlərdə Azərbaycan ərazisində Laçın-Xankəndi yolunun guya bağlanması barədə Ermənistanın əsassız iddialar irəli sürdüyünü qeyd edərək, bu iddiaların tamamilə yalan və cəfəng olduğunu deyib. Prezident İlham Əliyev bildirib ki, Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə mülki təyinatlı yüklərin və mülki şəxslərin bu yolla daşınması təmin edilir. Dekabrın 12-dən etibarən 1000-ə yaxın nəqliyyat vasitəsinin bu yol ilə hər iki istiqamətdə keçidi təmin olunub.

Dövlət başçısı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasının və ölkəmizin bu yataqlar üzərində daimi monitorinqinin təmin edilməsinin vacibliyini vurğulayıb.

Prezident İlham Əliyev səfirə Azərbaycandakı diplomatik fəaliyyəti dövründə uğurlar arzulayıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Meksika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyeronun etimadnaməsini qəbul edib.

www.yenicag.az

432
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv