!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev Ərdoğanın sualına: "Orada da olacaq", - cavabını vermişdi: Artıq oradayıq! - VİDEO

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Xankəndiyə səfər edib və dövlət bayrağımızı ucaldıb.

Yenicag.az xəbər verir ki, bu tarixi anı əks etdirən görüntülər sosial şəbəkələrdə günün ən çox paylaşılanı olub.

Bu məqamda dövlət başçısının 2 il əvvəlki videosu da yenidən gündəm olub.

Belə ki, Prezident İlham Əliyevlə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın 2021-ci ildə Şuşaya səfəri zamanı liderlər arasında səmimi dialoq diqqət çəkmişdi.

Prezident həmin gün Şuşadan o tərəfdə olan Xankəndini göstərərkən, Ərdoğan “Hotel oradadır?” sualını vermiş, İlham Əliyev isə cavabında gülərək “orada da olacaq” demişdi.

Yenidən viral olan görüntüləri təqdim edirik:

/Qafqazinfo/

www.yenicag.az

273
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv