İlham Əliyev: “Ermənistanı daha da sarsıdacağıq” – Yenicag.Az

Reklam

Reklam

“Bütün vasitələrdən istifadə edib Ermənistanı daha da sarsıdacağıq”.

Yenicag.az xəbər verir ki, bunu avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində çıxış edən dövlət başçısı İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, Ermənistanın işğalçı siyasəti iflasa uğrayıb: “Yeni hökumət indi yalnız daxili işlərlə məşğuldur. Ziddiyətli bəyanatlar ancaq təəccüb doğurur. Çünki bir-birini təkzib edən bəyanatlar başadüşülən deyil. Bir tərəfdən deyirlər ki, Azərbaycan Ermənistanla yox, qondarma Dağlıq Qarabağ rejimi ilə danışıqlar aparmalıdır. Lakin bunu Azərbaycan və vasitəçilər qəbul etməyəcək”.

Azərbaycan Prezidenti qeyd edib ki, yayılan bəyanatlar sülh prosesinə vurulan növbəti zərbələrdir: “Bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. Çünki onlar işğalçı siyasəti davam etdirmək fikrindədirlər. Hələlik belə qənaətə gələ bilərik. Biz də sülh istəyirik. Ancaq torpaqlarımız işğaldan azad edilənə qədər bu mümkün olmayacaq. Sülh istəyirlərsə, erməni əsgəri torpaqlarımızdan qeyri-şərtsiz çıxmalıdır. Azərbaycan əsgərləri öz torpaqlarında şəhid və əlil olurlar, erməni torpağında deyil. Erməni əsgərlərinin isə bizim torpaqlarda heç biri işi olmamalıdır. İşğalçı işğal etdiyi torpaqlardan dərhal çıxmalıdır. Onda Azərbaycanla Ermənistan arasında əlaqə yarana və dayanıqlı sülh yarana bilər. Münaqişənin tezliklə və mərhələli yolla həlli torpaqlarımızın azad olunmasından asılıdır. Biz və beynəlxalq aləm bunu tələb edir. Biz öz siyasətimizdən əl çəkməyəcəyik. Ermənistan rəhbərliyi bundan sonra da işğalın uzadılmasını davam etdirəcəksə, biz də təcrid siyasətimizi davam etdirib, bütün vasitələrdən istifadə edib Ermənistanı daha sarsıdacağıq. Onları çökdürən və uçuruma aparan zərbə iki il bundan əvvəl aprel döyüşlərində oldu”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 906
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."