Azərbaycan İranla hərbi sahədə uğurla əməkdaşlıq edir.
Yenicag.az xəbər verir ki, bunu martın 28-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Həsən Ruhani ilə mətbuata birgə bəyanatı zamanı deyib.
“Biz hərbi sahədə də uğurlu əməkdaşlıq edirik və hərbi-texniki sahədə əməkdaşlıq dərinləşir. Təhlükəsizlik sahəsində daim məsləhətləşmələr aparılır və bu məsələ daim diqqət mərkəzindədir”, – deyə dövlət başçısı bildirib.