Prezident İlham Əliyev İraqın baş naziri Heydər əl-Abadiyə başsağlığı məktubu göndərib.
Yenicag.az-ın məlumatına görə, məktubda deyilir: “Hörmətli cənab baş nazir!
Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərdən olduqca kədərləndim.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İraq xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.
Allah rəhmət eləsin!”
Qeyd edək ki, dünən axşam İran-İraq sərhədində baş verən zəlzələ nəticəsində İranda 328 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb. İraqda isə 8 nəfər ölüb, 400-dən çox insan yaralanıb.