!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev İrəvanda qələbə qazanan türkiyəli idmançılara hədiyyələr göndərdi - FOTOLAR

!Reklam – Yazi

Azərbaycan Respublikasını Türkiyə Respublikasındakı Səfirliyində təşkil olunmuş mərasimlə İrəvanda keçirilmiş Avropa Ağırlıqqaldırma çempionatında qızıl və gümüş medallar qazanaraq qələbələrini Azərbaycana həsr edən Cansu Bektaş, Qamze Altun və Nuray Güngörə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən göndərilmiş hədiyyələr və təbrik məktubları təqdim olunub.

Yenicag.az xəbər verir ki, Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü Vüqar İsgəndərov, Türkiyə Ağırlıqqaldırma Federasiyasının Prezidenti Talat Ünlü, Federasiyanın vitse-prezidentləri Tanəer Sağır və Yasin Arslan, məşqçi Gökhan Quşçuoğlunun iştirak etdiyi mərasimdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov dövlət başçısı və xanımının hədiyyələrini və təbrik məktublarını idmançılara təqdim edərək prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın gənc idmançıları Azərbaycana dəvət etdiyini onlara çatdırıb.

Çıxışlarda bildirilib ki, Azərbaycan və Türkiyə hər zaman və hər sahədə olduğu kimi İrəvanda təşkil olunan Avropa Ağırlıqqaldırma Çempionatında da “tək millət, iki dövlət” olduğunu bütün dünyaya sübut edib. Türkiyəli gənc idmançıların öz qələbələrini məhz Azərbaycana həsr etmələri də bunun bariz göstəricisidir. İrəvanda Azərbaycan bayrağının barbarcasına yandırılmasına etiraz olaraq, milli komandamız burada iştirak etməsə də, türk idmançıların qələbəsi həm də Azərbaycanın qələbəsidir. Azərbaycanın dövlət başçısı və birinci xanımının gənc idmançılara göstərdiyi xüsusi diqqət də bu qələbənin Azərbaycan xalqı üçün əhəmiyyətini ifadə edir.

Mərasimin davamında idmançılar Cansu Bektaş, Qamze Altun və Nuray Güngör fikirlərini ifadə edərək Azərbaycan Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və bütün Azərbaycan xalqına öz təşəkkürlərini bildiriblər. Qeyd ediblər ki, İrəvanda Azərbaycana qarşı yol verilmiş haqsızlıq onların qələbə əzmini artırıb və onlar bu haqsızlığa etiraz əlaməti olaraq qələbələrini qardaş ölkəyə həsr ediblər. Gənc idmançılar Azərbaycana olan sevgilərini dilə gətirərək ən qısa zamanda ölkəmizə səfər edəcəklərini bildiriblər.

Mərasimin sonunda xatirə şəkilləri çəkilib.

www.yenicag.az

372
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv