!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev İsa Qəmbərin kəndini işğaldan azad etdi - Eks-spikerdən PAYLAŞIM - FOTO

!Reklam – Yazi

Azərbaycan Ordusunun işğaldan azad etdiyi kəndlər sırasında Eks-spiker İsa Qəmbərin doğma kəndi də var.

Yenicag.az xəbər verir ki, İsa Qəmbər özünün “Facebook” hesabında Füzuli rayonunun Kürdlər kəndinin işğaldan azad olunmasına dair status paylaşıb.

O, bu hadisəni strateji uğur kimi qiymətləndirib:

“Atamın doğulduğu kəndin işğaldan azad edilməsi münasibətilə dostlar zəng edib təbrik edir, jurnalistlər fikrimi-hissimi soruşurlar.

Çox sağ olsunlar!

Torpağımızın hər qarışı mənim üçün müqəddəsdir. Hər bir kəndimizin, şəhərimizin azad edilməsinə çox sevinirəm.

Bu gün isə ən çox sevindiyim Zəngilanın azad edilməsiylə Azərbaycanımızın öz cənub sərhədlərinə sahib çıxması, bu sərhədlərin Ermənistanın (və dolayısı ilə Rusiyanın) nəzarətindən qurtulmasıdır.

Bu geostrateji uğurdur!”

www.yenicag.az

1523
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv