İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarını açıq elan etdi

Xəbər verdiyimiz kimi, IV İslam Həmrəylik Oyunlarının möhtəşəm açılışı baş tutdu.

Yeniçağ.Az xəbər verir ki, mərasimdə əvvəlcə idmançıların paradı keçirildi. Daha sonra Azərbaycanın idman şərəfini ucaldan idmançılarımız- Elnur Məmmədli, Fərid Mansurov, Zemfira Məftəhəddinova oyunların bayrağını gətirdi.

IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində Birinci vitse-prezident və “Bakı 2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd Əl-Osaymin çıxış ediblər.

Azərbaycan prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarını açıq elan edib, daha sonra isə Bakı Olimpiya stadionunun damında atəşfəşanlıq başlayıb.

Yeniçağ.Az