!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev Laçında bir sıra lövhələrin açılışını etdi

!Reklam – Yazi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Laçın şəhərində Heydər Əliyev, Zəfər və 28 May küçələrinin kəsişməsində istiqamət bildirən lövhələrin açılışını edib.

Yenicag.az xəbər verir ki, prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov dövlətimizin başçısına küçələrdə görüləcək işlər barədə məlumat verib.

Bildirilib ki, Laçın şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan küçənin uzunluğu 6967 metr, eni isə 10-12 metr təşkil edir. Vətən müharibəsində şanlı Qələbənin şərəfinə adlandırılan Zəfər küçəsinin uzunluğu 5239, eni isə 12 metrdir. 28 May küçəsinin isə uzunluğu 1703, eni isə 10 metr nəzərdə tutulur.

Qeyd edilib ki, şəhərin memarlıq üslubuna uyğun qaydada yenidən qurulacaq bu küçələrdə ən müasir infrastruktur yaradılacaq.

Prezident İlham Əliyevə, həmçinin Laçın şəhərində görülən işlər və Heydər Əliyev küçəsinin yenidənqurma konsepti barədə məlumat verilib.

Dövlət başçısı küçələrin adlarının yazıldığı lövhələrin üzərindən örtükləri götürüb.

***

Mayın 28-də Laçın şəhərində Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişməsində istiqamət bildirən lövhələrin açılışı olub.

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Dövlət başçısına küçələrdə görüləcək işlər barədə məlumat verilib.

Bildirilib ki, Xosrov bəy Sultanov küçəsinin uzunluğu 1329 metr, eni 12 metr olacaq.

Zəngəzur küçəsinin uzunluğu 2142 metr, eni isə 10 metr təşkil edəcək.

Qeyd edilib ki, küçələrdə aparılacaq yenidənqurma işlərindən sonra burada zəruri infrastruktur yaradılacaq.

Dövlət başçısı küçələrin adlarının yazıldığı lövhələrin üzərindən örtüyü götürüb.

Küçə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Laçın şəhərində inşa olunan kotteclərə baxıb.

www.yenicag.az

308
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv