!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev NATO nümayəndəsini qəbul etdi

!Reklam – Yazi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanı qəbul edib.

Yenicag.az xəbər verir ki, Xavyer Kolomina NATO-nun Baş katibi Yens Stoltenberqin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Yens Stoltenberqə çatdırmağı xahiş etdi.

Görüşdə dövlətimizin başçısının ötən ilin sonunda NATO-nun mənzil-qərargahına səfəri və səfər çərçivəsində Baş katiblə görüşü, həmçinin Şimali Atlantika Şurasının iclasında çıxışı xatırlandı. Eyni zamanda, NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək missiyasında ölkəmizin iştirakı qeyd edildi.

Söhbət zamanı postmünaqişə dövründə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi, enerji təhlükəsizliyi, regional təhlükəsizlik ilə bağlı məsələlər və Azərbaycan-NATO əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

www.yenicag.az

318
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv