Reklam

Reklam

Martın 25-də Azərbaycan Prezidenti İlham Əliyev Bərdə rayonunun Cəyirli kəndinin ərazisində fermer Musa Quliyevin 20 hektarlıq pambıq tarlası ilə tanış olub.

Yenicag.az xəbər verir ki, fermer Musa Quliyev üç ildir pambıqçılıqla məşğul olur.

Prezident İlham Əliyevə məlumat verilib ki, ötən il bu fermer təsərrüfatı tərəfindən 15 hektar sahədə pambıq əkilib və 40,5 ton məhsul götürülüb. Məhsuldarlıq hər hektara 27 sentner təşkil edib. Bu il isə 20 hektarda pambıq əkilməsi nəzərdə tutulub. Qarşıya hər hektardan 35 sentner məhsul götürülməsi hədəf qoyulub.

Diqqətə çatdırılıb ki, təsərrüfatda 25 işçi çalışır.

Azərbaycan Prezidenti pambıqçılarla görüşüb.

Pambıqçı Sədaqət Ağayeva ölkədə bu sahənin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Dövlət başçısı görüşdə çıxış edib.

Sonra səpin işlərinə başlanılıb.

Daha sonra xatirə şəkli çəkdirilib.

Prezident İlham Əliyev təsərrüfatda istifadə olunan texnikalara baxıb.

Məlumat verilib ki, səpin işlərinə lazımi texnikanın cəlb edilməsi üçün “Azərpambıq” MMC ilə müqavilə imzalanıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 797
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."