Reklam

Reklam

14497506042277440296_1000x669Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 10-da Ümumçin Xalq Nümayəndələri Yığıncağında – parlamentdə rəsmi qarşılanma mərasimi olub.

Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Çinin rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Sədr Si Cinpinə təqdim olundu. Hərbi orkestrin ifasında Azərbaycanın və Çinin dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Əllərində Azərbaycanın və Çinin bayraqları olan uşaqlar dövlət başçılarını salamladılar.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 207
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."