Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İlham Əliyev qazaxıstanlı həmkarı ilə görüşüb

2b81a9947fd82f1f89adbddfe1f59fe0dfAzərbaycan prezidenti İlham Əliyev Astanada qazaxıstanlı həmkarı Nursultan Nazarbayevlə görüşüb.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V sammiti çərçivəsində keçirilən görüş zamanı N. Nazarbayev İ. Əliyevə Qazax xanlığının yaranmasının 550 illiyi ilə bağlı keçirilən təntənəli tədbirdə iştirak etdiyi üçün təşəkkür edib.

N. Nazarbayevin sözlərinə görə, qardaş xalqlar olan Azərbaycan və Qazaxıstanı əsrlərdir dostluq münasibətləri birləşdirir.

“Bir-birimizə olan etibarı qarşılıqlı münasibətlərimiz müəyyənləşdirir. Qazaxıstana hər səfəriniz ölkələrimiz arasında əməkdaşlıqda yeni səhifədir. Hazırda dünya iqtisadiyyatı çox da asan olmayan bir dövr yaşayır. Lakin hətta bu şərtlər altında da ölkələrimiz iqtisadi-ticarət sahəsində yeni əməkdaşlıq imkanlarını nəzərdən keçirir”, -deyə Qazaxıstan prezidenti vurğulayıb.

Öz növbəsində Azərbaycan prezidenti qardaş Qazaxıstana səfərindən məmnun olduğunu, habelə ikitərəfli münasibətlərdə qarşılıqlı anlayışın olduğunu vurğulayıb. İ. Əliyev həmçinin qazax xalqını Qazax xanlığının yaranmasının 550 illiyi münasibəti ilə təbrik edib.

“Sizin bu gün təntənəli mərasimdəki çıxışınız, Qazaxıstan keçmiş və indiki inkişafı ilə bağlı təhlilləriniz bir daha göstərir ki, ölkənizin uğurlarında çox dərin milli və tarixi köklər var”, – deyə İ. Əliyev qeyd edib.

Loading...

www.yenicag.az

374
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100