Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İlham Əliyev Sarkisyanla görüşməyəcək

40220050484ATƏT-in Minsk qrupunun həmsədrləri Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü planlaşdırmır.

AzVision.az xəbər verir ki, bu barədə “Report”a ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik bildirib.

“Hazırda prezidentlərin Vaşinqtonda görüşü barədə heç bir plan yoxdur. Bununla belə, bu il prezidentlər arasında aktiv dialoqun aparılmasına vasitəçi olmağa hazırıq. Digər həmsədrlərin adından Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin gedişini müzakirə etmək üçün tərəflərlə görüşlər keçirməyi planlaşdırıram”, – deyə C.Uorlik vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Ermənistan KİV-i diplomatik mənbələrə istinadla vasitəçilərin Vaşinqtonda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə çalışdıqlarını bildirmişdi.

Onu da əlavə edək ki, 2015-ci il dekabrın 3-də ABŞ prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda dövlət başçısını 31 mart – 1 aprel tarixlərində Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət etmişdi.

Ermənistan prezidenti Serj Sarqsyan da sammitdə iştirak etmək üçün dəvət alıb.

Loading...

www.yenicag.az

382
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100