Azərbaycan prezidenti İlham Əliyevin bu gün Soçiyə səfəri gözlənilir.
Yenicag.az xəbər verir ki, prezidentin MDB ölkələri rəhbərlərinin Şurasında iştirak edəcəyi planlaşdırılıb.
Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov “RİA Novosti”yə açıqlamasında bildirib ki, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri MDB ölkələri rəhbərlərinin Şurasında iştirak edəcəklərini təsdiqləyiblər.
Rusiya prezidentinin, həmçinin MDB ölkə başçıları ilə ikitərəfli görüşlər keçirəcəyi də nəzərdə tutulub.
Xatırladaq ki, bu gün Soçidə MDB ölkələri rəhbərlərinin Şurası və Avrasiya İqtisadi Ali Şurasının görüşü keçiriləcək.