Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Abdelrahman Al-Burhan ilə görüşüb.
Yenicag.az xəbər verir ki, Abdel Fattah Abdelrahman Al-Burhan Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik edəcəyinə əminliyini vurğulayıb.Abdel Fattah Abdelrahman Al-Burhan Azərbaycanın inkişafının, ölkəmizdə olan sabitliyin və əmin-amanlığın, paytaxt Bakının gözəlliyinin onda böyük təəssürat yaratdığını deyib.
Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına üzv dövlətlərlə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini bildirdi, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsinin vacibliyini vurğulayıb. Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə üzv ölkələr arasında əməkdaşlığın inkişafına və həmrəyliyin gücləndirilməsinə töhfə verəcəyini deyib.
Görüşdə Azərbaycan ilə Sudan arasında iqtisadi-ticari, elm-təhsil və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
*** 19:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Sudan Respublikası Suveren Keçid Şurasının Sədri Abdel Fattah Abdelrahman Al-Burhan ilə görüşüb.
Yenicag.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.