!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev təbrik məktubu yolladı - YENİLƏNDİ

!Reklam – Yazi

Prezident İlham Əliyev Bəhreynin Kralı Şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Əlahəzrət, ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Ümidvaram ki, Azərbaycan ilə Bəhreyn arasındakı münasibətlər daim dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Bəhreyn xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.

Yenicag.az-ın məlumatına görə, təbrik mətnində deyilir:

“Hörmətli Kasım-Jomart Kemeleviç,

Qazaxıstan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Qardaş Qazaxıstan müstəqillik illərində dinamik və hərtərəfli inkişaf yolu keçərək həyatın bütün sahələrində mühüm nailiyyətlər əldə etmiş, beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır.

Əminəm ki, xalqlarımızın iradəsindən qaynaqlanan dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi, strateji tərəfdaşlığımız bundan sonra da əməkdaşlığımızın bütün sahələrdə müvəffəqiyyətlə davam etdirilməsi üçün geniş imkanlar açacaqdır.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

www.yenicag.az

906
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv