!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İlham Əliyev türk birliyinin sarsılmaz gücə çevrilməsinə çalışır” – TAİB sədri

!Reklam – Yazi

“Azərbaycanla Qırğızıstan arasında keyfiyyətcə yeni səviyyəyə yüksələn münasibətlər, həm də ümumtürk maraqlarının mühafizəsi və təminatında mühüm amil rolunu oynayır”.

Yenicag.az xəbər verir ki, bunu Missiya.Az-a açıqlamasında Türk Ağsaqqalları Birliyi – TAİB-in sədri, YAP Veteranlar Şurasının sədr müavini, tibb elmləri doktoru, professor Sudeyif İmamverdiyev deyib.

TAİB sədri qeyd edib ki, iki türk dövləti arasında əlaqələrin inkişafı, xalqlar arasında qardaşlığın möhkəmlənməsi istiqamətində atılan addımlar, bütövlükdə türk dünyasının birliyinə töhfə verəcək fəaliyyət kimi qiymətləndirilməlidir:

“Azərbaycan və Qırğızıstan münasibətləri çox qədim tarixə və dərin köklərə malikdir. Bizi birləşdirən dəyərlər sırasında, dili, dini, mədəniyyəti, ənənələri göstərə bilərik ki, bütün bunlar da iki xalqın eyni kökdən gəldiyini göstərən amillər kimi xüsusi əhəmiyyətə malikdirlər. İndi biz əlaqələrin inkişafı baxımından yeni bir mərəhələyə şahidlik edirik. Burada Azərbaycan Prezidenti cənab İlham Əliyevin rolu müstəsna əhəmiyyətə malikdir. Bu gün biz İlham Əliyevin türk dövlətləri ilə münasibətlərin daha da istiləşdirilməsi istiqamətində sistemli fəaliyyətinə şahidlik edirik. Əlbəttə, bu çalışmaların arxasında bir tərəfdən iki eyni kökə, eyni tarixə malik xalqların qardaşlıq tellərini daha da möhkəmləndirmək istəyi dayanırsa, daha dərin anlamda Türk dünyasına xidmət amalı dayanır. Türk birliyinin sarsılmaz gücə çevrilməsi hamımız üçün bir arzudur. Bu gün Prezident İlham Əliyevin ciddi səylə inkişaf etdirməyə çalışdığı prosesin əsas hədəf də elə arzumuzu gerçəkləşdirməkdir. Görünür bu da İlham Əliyevin taleyinə yazılmış daha bir müqəddəs missiyadır”

Sudeyif İmamverdiyev gələn ay Səmərqənddə keçiriləcək Türk Dövlətləri təşkilatının zirvə görüşü barədə də fikirlərini bölüşüb. TAİB sədri hesab edir ki, bu zirvə görüşü Türk birliyinin gələcək perspektivlərinə işıq salacaq və yol xəritəsinin daha aydın konturlarının müəyyənləşdirilməsində böyük rol oyanayacaq.

www.yenicag.az

505
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv