Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İlham Əliyev türk dünyasının ağsaqqalı Nursultan Nazarbayevi təbrik etdi

Reklam: High Technic

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası Zati-aliləri Nursultan Nazarbayevə təbrik məktubu ünvanlayıb.

Yenicag.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli Nursultan Abişeviç,

Ad gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı yetirirəm.

Siz şərəfli bir ömür yolu keçərək Qazaxıstan Respublikasının rifahı, bugünkü səviyyəyə yüksəlməsi üçün var qüvvənizi sərf etmiş, ölkənizin beynəlxalq aləmdə layiqli yer tutmasına nail olmuş görkəmli dövlət xadimisiniz.

Azərbaycan ilə Qazaxıstanı xalqlarımızın ortaq tarixi və mənəvi dəyərlərindən qaynaqlanan dostluq və qardaşlıq telləri birləşdirir. Mən xalqlarımız və ölkələrimiz arasında bu əlaqələrin möhkəmləndirilməsi istiqamətində xidmətlərinizi yüksək qiymətləndirirəm. Eyni zamanda Türk Şurasının fəxri sədri kimi fəaliyyətinizi, türkdilli xalqlar arasında birliyin bərqərar olması naminə töhfənizi xüsusi qeyd etmək istəyirəm.

Atam Prezident Heydər Əliyevlə Sizin aranızda mövcud olmuş dərin hörmət və ehtiramı, səmimi dostluq münasibətlərini yüksək tutur, həmişə gözəl təəssüratlarla xatırlayıram.

Hörmətli Nursultan Abişeviç, bu əlamətdar gündə bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqının rifahı naminə işlərinizdə daim uğurlar diləyirəm”.

www.yenicag.az

181
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100