Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev D-8-in zirvə görüşü çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşüb.
Yenicag.az xəbər verir ki, liderlərin görüşündə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu da iştirak edib. Görüş zamanı tərəflər səmimi söhbət ediblər.
Qeyd edək ki, prezident D-8 zirvəsinə Rəcəb Tayyip Ərdoğanın xüsusi dəvətiylə qatılıb.