Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Qarabağ FC

İlham Əliyev və xanımı qızıl medallar qazanan idmançıları təbrik etdi

Reklam: Sinerji Pro

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti qızıl medalları qazandıran idmançılarımızı təbrik edib.

Dövlətimizin başçısı bununla bağlı “Twitter”dəki hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Növbəti qızıl medal sevincini bizə bəxş etdikləri üçün Dürsədəf Kərimovaya, rekordçularımız Həmid Heydəri və Elvin Astanova təşəkkür edir, onları qələbələri münasibətilə ürəkdən təbrik edirəm!”.

***

“Bizim yeni qələbələrimiz, növbəti medallarımız! İdmançılarımızı – qızıl medal sahibləri, dünya rekordunu yeniləmiş Elvin Astanovu, Dürsədəf Kərimovanı və bürünc medal qazanmış İlham Zəkiyevi səmimi qəlbdən təbrik edirəm. Sizin hamınıza və milli paralimpiya yığmamızın digər üzvlərinə möhkəm cansağlığı, yeni nailiyyətlər arzulayıram”.

Bu fikirləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva öz “Instagram” səhifəsində yazıb.

Qeyd edək ki, Azərbaycan paralimpiyaçısı İlham Zəkiyev Tokio-2020 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb. Qadın cüdoçu Dürsədəf Kərimova 70 kq-dan yuxarı çəki dərəcəsində qızıl medala sahib olub.

Azərbaycanın para-atleti Elvin Astanov isə nüvə itələmə növündə bütün rəqiblərindən üstün olub. O, 8,77 metr nəticə ilə paralimpiya rekordunu da qırıb.

www.yenicag.az

175
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100