İlham Əliyev Yusif Eyvazova “Xalq artisti” fəxri adını verib

Prezident İlham Əliyev Yusif Vilayət oğlu Eyvazova “Xalq artisti” fəxri adı verilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az-ın xəbərinə görə, sərəncamda Y. Eyvazovun Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə fəxri ada layiq görüldüyü qeyd olunub.