!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyevdən Ermənistana MÜHÜM MESAJ: "Ölkə başçısı bu addımı ilə bir daha göstərdi ki..."

!Reklam – Yazi

“Ermənistan rəsmiləri prezident İlham Əliyevin bu bəyanatlarından nəticə çıxarmalıdır”.

Bunu prezident İlham Əliyevin andiçmə mərasimində Ermənistanla bağlı səsləndirdiyi fikirləri şərh edən politoloq Ramiz Alıyev Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, İlham Əliyev andiçmə mərasimində mühüm məqamlara toxunaraq gələcəkdəki prioritet məsələlər barəsində mesajlar verdi:

“Əsas mesajlardan biri də məhz Ermənistana ünvanlandı. Prezident İlham Əliyev Ermənistanı heç bir ölkənin aləti olmamağa, müstəqil siyasət yürütnəyə, vasitəçi olmadan Azərbaycanla danışıqlar masasına oturub sülh müqaviləsini imzalamağa çağırdı. Ölkə başçısı bu addımı ilə bir daha Azərbaycanın sülh tərəfdaşı olduğunu və humanist mövqedə durduğunu göstərdi. Əks təqdirdə, əgər Ermənistan təxribatçı fəaliyyətindən əl çəkməzsə, həm Vətən müharibəsindəki, həm də antiterror əməliyyatlarındakı acı məğlubiyyəti bir daha yaşayacaq və ciddi şəkildə cəzalandırılacaq. Ermənistan rəsmiləri prezident İlham Əliyevin bu bəyanatlarından nəticə çıxarmalıdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

302
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv