Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İlham Əliyevdən Qabon və İndoneziyanın dövlət başçılarına təbrik

Reklam: High Technic

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya təbrik məktubu ünvanlayıb.

Yenicag.az xəbər verir ki, təbrik mətnində deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-İndoneziya əlaqələrinin, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İndoneziya xalqına sülh və firavanlıq arzulayıram”.

Prezident İlham Əliyev həmçinin Qabon Respublikasının Prezidenti Ali Bonqo Ondimbaya da təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Qabon Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza sülh və tərəqqi diləyirəm”.

www.yenicag.az

1630
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100