!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

!Reklam – Yazi

Bu gün Prezident İlham Əliyevin doğum günüdür.

Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Yenicag.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı bildirməkdən çox məmnunam.

Sizin hərtərəfli düşünülmüş müdrik daxili və xarici siyasətiniz sayəsində Azərbaycanın beynəlxalq arenada rolu və nüfuzu möhkəmlənir, iqtisadiyyatın bütün prioritet sahələrində əsas göstəricilər, o cümlədən əhalinin həyat səviyyəsi artır.

Sizin Özbəkistana və özbək xalqına xüsusi münasibətiniz, həmçinin bizim sıx qardaşlıq əlaqələrimiz sayəsində bu gün ölkələrimiz arasında qarşılıqlı faydalı, çoxtərəfli və uzunmüddətli əməkdaşlıq sabit inkişaf edir.

Böyük məmnuniyyətlə qeyd etmək istərdim ki, cari ildə bizim aramızda baş tutmuş bir sıra açıq və səmərəli görüşlər, o cümlədən oktyabr ayında Bakıda çox məhsuldar danışıqlarımız Özbəkistan ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük təkan verib.

Əminəm ki, bizim yüksək səviyyədə əlaqələrimiz nəticəsində strateji tərəfdaşlığımız yaxın gələcəkdə qarşılıqlı etimad və hörmət ruhunda yeni məzmun və məna ilə zənginləşəcək, dövlətlərimizin potensialına və imkanlarına uyğun olaraq daha yüksək səviyyəyə çatacaqdır.

Əziz İlham Heydər oğlu, icazə verin, Sizi həyatınızdakı bu əlamətdar hadisə münasibətilə bir daha təbrik edim, Sizə möhkəm cansağlığı, ailə xoşbəxtliyi, dost Azərbaycan xalqına sülh və firavanlıq diləyim”.

***

Gürcüstanın Baş naziri Giorgi Qaxariyadan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Yenicag.az xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Sizi doğum gününüz münasibətilə təbrik edir və Sizə cansağlığı, uğurlar diləyir və ən xoş arzularımı çatdırıram.

Fürsətdən istifadə edərək, məmnuniyyətlə qeyd etmək istərdim ki, Gürcüstan-Azərbaycan arasında strateji münasibətlər uğurla inkişaf edir və bu nümunəvi tərəfdaşlığın möhkəm təməlində gürcü və Azərbaycan xalqlarının çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı etimada söykənən əlaqələri dayanır.

Ölkələrimiz arasında uğurlu əməkdaşlıq regionda sabitlik və əmin-amanlığın əsasıdır. Bu əməkdaşlığın parlaq təzahürü ölkələrimiz tərəfindən on illərdir uğurla icra edilən genişmiqyaslı birgə layihələr və təşəbbüslərdir. Əminəm ki, xüsusi münasibətlərimizi birgə səylərimizlə gələcəkdə daha da inkişaf etdirib möhkəmləndirəcəyik.

Bir daha Sizi səmimi qəlbdən təbrik edir, şəxsi həyatınızda və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.

***

İordaniyanın Kralı II Abdullah Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Yenicag.az xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Sizə olan cansağlığı və xoşbəxtlik arzularımı qəbul etməyinizi xahiş edirəm”.

www.yenicag.az

1181
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv