Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İlham Əliyevin şok planı - “Yaxın vaxtlarda işə düşə bilər”

Reklam: High Technic

“Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdəki qanunsuz erməni silahlı birləşmələri növbəti dəfə Şuşadakı bölmələrimizi atəşə tutub. Artıq Rusiya Qarabağda sülhməramlı missiyasını yerinə yetirmir və Azərbaycan öz ərazisindən atəşə məruz qalır”.

Yenicag.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, 10 noyabr anlaşmasının 4-cü bəndi yerinə yetirilmir, üstəgəl, ərazilərimizdəki silahlı ermənilər mövqelərimizə atəş açırlar:

“Azərbaycan hərəkətə keçməlidir. İndi 90-cı illər deyil ki, Rusiya hərbçiləri olduğu üçün biz seyrçi qalacağıq. Qarabağdakı ermənilərin bu fəaliyyətindən Rusiya məsuliyyət daşıyır. Digər yandan, Rusiya bununla Paşinyanı çətin duruma salaraq, Azərbaycanla mümkün danışıqları sabotaj edir. Qarabağdakı erməni separatçıların fəaliyyəti birbaşa Ermənistan hakimiyyəti və xalqının əleyhinədir. Bunu Paşinyan da çox gözəl anlayır və çıxış yolu kimi Rusiyanın ölkəsindəki mövqelərini zəiflətməyə çalışacaq. Rusiya müharibədən sonra Qarabağda elə bir situasiya yaradır ki, bununla münaqişənin bitmədiyini göstərməyə çalışır.

Ermənistandakı seçkilərdən sonra Azərbaycanla danışıqların başlanması gözlənilirdi. Rusiya isə bunun qarşısını almaq üçün Qarabağda erməni təxribatlarına rəvac verir. Baş verənlər Kremldən idarə olunur. Rusiya 10 noyabr və 11 yanvar razılaşmalarını separatçıların əli ilə sabotaj edir. Kremlin qənaətinə görə, regionda sülh və təhlükəsizliyin təmin edilməsi, Zəngəzur dəhlizinin açılması, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması Qərbin regiona təsirinin artmasına gətirib çıxaracaq. Buna görə də Rusiya bunun qarşısını almaq üçün istənilən varianta əl atacaq. Bu baxımdan, sərhəddə də vəziyyətin gərginləşəcəyi gözləniləndir. Rusiya separaçıları Qarabağdakı mövqelərimizə hücuma da təhrik edə bilər”.

Məhəmməd Əsədullazadə bildirib ki, baş verənlər Ermənistanda vəziyyəti daha da çətinləşdirəcək:

“Paşinyan seçkidə söz verdiyi sülh və iqtisadi inkişafı təmin edə bilməyəcək. Bu da xalqda ciddi narazılıq yaradacaq. Rusiya da bunlardan istifadə edərək, Ermənistandakı dayaqları vasitəsilə Paşinyanın mövqelərini laxlatmağa çalışacaq. Beləliklə, Rusiya post-münaqişə dövründə sülh və təhlükəsizliyin əldə edilməsinə mane olur.

Əlbəttə, Paşinyan da sakit dayanmayacaq, Rusiyanın bu hiyləgər planının qarşısını almaq üçün adekvat addımlarını atacaq. Hesab edirəm ki, Rusiyanın Azərbaycana qarşı təzyiqləri müsbət nəticə verməyəcək. Bu, onun hər iki ölkədəki mövqelərini daha da zəiflədəcək. Baş verənlər Azərbaycan-Türkiyə ittifaqını bir qədər də gücləndirir. Azərbaycan vaxt itirmədən Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrini zərərsizləşdirməlidir. Prezident Əliyev baş verənləri sükutla qarşılamayacaq. Yaxın vaxtlarda Rusiya və erməniləri təşvişə salacaq yeni bir planın şahidi ola bilərik”.

www.yenicag.az

767
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100