!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyevlə Paşinyanın bugünkü görüşünün saatı açıqlandı

!Reklam – Yazi

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Moldovada görüş keçirəcək.

Yenicag.az Modern.az-a istinadən xəbər verir ki, görüşdə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron da iştirak edəcək.

Avropa İttifaqı Şurasının saytında yer alan məlumatda bildirilib ki, beştərəfli görüş Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. Görüş Avropa Siyasi Birliyinin ikinci sammiti çərçivəsində baş tutacaq.

Qeyd edək ki, bundan əvvəl İlham Əliyev və Paşinyan Brüsseldə, ardınca Moskvada bir araya gəlib. İyul ayında Brüsseldə daha bir görüşün keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Avropa Siyasi Birliyinin ilk sammiti ötən ilin oktyabr ayında keçirilib. Bu sammit çərçivəsində Mişel və Makronun vasitəçiliyi ilə İlham Əliyev və Paşinyan arasında görüş baş tutub. Praqadakı müzakirələrdə Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə, hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər.

***

09:22

Bu gün Moldovanın paytaxtı Kişinyovda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş gözlənilir.

Yenicag.az xatırladır ki, müzakirələr “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısı çərçivəsində baş tuta bilər.

Azərbaycan və Ermənistan liderlərinin görüşünun Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şolts iştirakı ilə keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Prezident İlham Əliyev mayın 31-də Moldovaya səfər edib. Dövlət başçısı Moldova Prezidenti Maya Sandu və bu ölkənin baş naziri Dorin Reçan ilə görüşlər keçirib.

www.yenicag.az

261
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv