!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İlin sonuna kimi 1 dolların 5-6 lirə olacağına dair proqnozların nə dərəcədə əsaslı olduğu...” - AKP-li deputat

!Reklam – Yazi

“Vətəndaşların daha çox lirə almaq tendensiyası ölkədə maliyyə sabitliyinin qorunması baxımından əhəmiyyətlidir”.

Bu fikirləri Türkiyənin bır sıra aparıcı birja rəhbərlərinin ilin sonuna qədər 1 dolların 5-6 lirə olacağına dair proqnozlarını dəyərləndirən hakim Ədalət və İnkişaf Partiyasından (AKP) millət vəkili Şamil Ayrım Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin fikrincə, ölkədə maliyyə sabitliyinin qorunması üçün vətəndaşların daha böyük kütlədə lirə almaları lazımdır:

“Çox müsbət haldır ki, son günlərdə görülən tədbirlər sayəsində lirənin dollar qarşılığında dəyəri tədricən artmaqdadır. Burada vətəndaşlarımızın əllərində olan dolları lirəyə dəyişmələrinin ciddi təsiri var. Əlbəttə ki, vətəndaşların hökumətin bu çərçivədə verdiyi təminata güvənmələri çox müsbət haldır. Bu tendensiya ölkədə maliyyə sabitliyinin qorunması baxımından əhəmiyyətlidir.

Açığı, birja rəhbərlərinin ilin sonuna qədər bir dolların 5-6 lirə olacağı haqda proqnozlarının nə dərəcədə əsaslı olduğu haqda fikir bildirmək çətindir. Lakin bu barədə mütəxəssislərlə apardığım müntəzəm söhbətlərə əsaslanaraq deyə bilərəm ki, qeyd olunan gözlənti o qədər də real görünmür.

Bununla belə, bayaq vurğuladığım addımlar nəticəsində lirənin getdikcə öz dəyərini bərpa edəcəyi inandırıcıdır. Ancaq bunun üçün vətəndaşların daha böyük kütlədə lirə almaları lazımdır. Belə olduqda, ilin sonuna qədər bir dolların 8-9 lirə olacağı, ən pis halda 11,5-12 lirə həddində nisbətin yaranacağı söylənilə bilər”.

A.Zeynalov

www.yenicag.az

651
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv