!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlk ərəb qadın astronavt kosmik stansiyadan geri döndü - VİDEO

!Reklam – Yazi

 

İki ərəb və iki amerikalı astronavtlardan ibarət heyəti daşıyan “SpaceX Crew Dragon” gəmisi orbitdə 10 gün qaldıqdan sonra Meksika körfəzinə eniş edib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, orbitə göndərilənlər arasında Səudiyyə Ərəbistanından olan ilk ərəb qadın da olub.

“Axiom-2” heyətinə 63 yaşlı “NASA” astronavtı Peqi Vitson başçılıq edib. Kosmik səyahətə çıxan digər amerikalı isə yarış avtomobili sürücüsü və investor olan 67 yaşlı Con Şofner olub. Orbitə göndərilənlər arasında ilk dəfə ərəb qadın da yer alıb. O, “xərçəng kök hüceyrə tədqiqatı”nda biotibbi alim olan 34 yaşlı Rəyyanah Bərnavidir. Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələrinin qırıcı pilotu 31 yaşlı Əli Əlqarni də heyət üzvlərindən biri olub.

Qeyd edək ki, “SpaceX” və “Tesla”nın sahibi İlon Mask astronavtları lazımi avadanlıqlarla təmin etmək, eləcə də ekipajın məsuliyyətini öz üzərinə götürmüşdü.

 

Sadiq Cavadov

www.yenicag.az

240
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv