!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlk “iPhone” rekord qiymətə – 158 644 dollara satıldı

!Reklam – Yazi

Nadir oyuncaqlar, qadcetlər və geeks üçün digər kolleksiyalar üzrə ixtisaslaşan ABŞ-dakı “LCG Auctions”da 2007-ci ilin orijinal “iPhone”u bu günə qədər ən yüksək qiymətə satılıb – 158 644 dollar.

Qaynarinfo xəbər verir ki, bu barədə Çinin “MyDrivers” nəşri məlumat yayıb. Lot 10.000 dollar ilə başlayıb.

Açılmamış orijinal “iPhone”un belə yüksək qiyməti onun nadir modifikasiyası ilə bağlıdır – onun daxili yaddaşı 8 GB deyil, 4 GB-dır. “LCG Auctions”ın təsisçisi Mark Montero deyib ki, ilk 4GB “iPhone”lar auksionlarda 8GB versiyalarından təxminən 20% daha nadirdir.

“MyDrivers”ə görə, 2007-ci ilin 4GB “iPhone”ları çox nadir hala gəlib, çünki “Apple” onların istehsalını tez bir zamanda dayandırıb. Bu qərar, buraxılışda alıcıların əksəriyyətinin 8 GB versiyasını seçməsi ilə əlaqədar qəbul edilib.

İstənilən formada qutusuz orijinal “iPhone”lar çox qiymətli kolleksiyadır, baxmayaraq ki, “MyDrivers”ə görə, hərracda satış zamanı smartfonların bəzilərini artıq açmaq olmur və tamamilə yararsızdırlar.

www.yenicag.az

778
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv