!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İllərdir çalışsaq belə, dövlət büdcəsi neft gəlirlərindən asılı durumdadır” - İQTİSADÇI

!Reklam – Yazi

“Azərbaycan neft hasilatı və ixracını məhdudlaşdırmaq niyyətində deyil”.

Bu sözləri OPEC-in Azərbaycana təşkilata üzv olması təklifinə müsbət yanaşmadığına münasibət bildirən iqtisadçı ekspert Elmir Səfərli Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, təşkilata üzv olduğu təqdirdə Azərbaycan OPEC daxilindəki bəzi komitələrin irəli sürdüyü öhdəliklərə əməl etməlidir ki, bu da bəzi ölkələrlə iqtisadi-ticari məsələlərə təsir edə bilər:

“Bu edilən ilk təklif deyil. İllərdir adıçəkilən təşkilat tərəfindən 2014, 2018 və 2020-ci illərdə üzvlüklə bağlı təkliflər olmuşdur. Hər dəfə də Azərbaycan bu müraciətə maraqlı olmadığını qeyd edir. OPEC daimi olaraq Azərbaycan və bu kimi neft istehsal edən ölkələrə təşkilata üzv olmağı təklif edir. Sadəcə olaraq burada müəyyən səbəblər vardır ki, Azərbaycan buraya üzv olmağa meyl göstərmir. Burada həm siyasi, həm də iqtisadi cəhətlər mövcuddur.

Bu nizamnaməyə uyğun olaraq üzv olan dövlətlər hər biri təşkilat tərəfindən verilən qərarlara məcburi olaraq əməl etmək məcburiyyətindədir. Burada isə istər neft hasilatının artırılmasıyla bağlı verilən qərarlar, istərsə də qiymətlərin tənzimlənməsi və hasilatın azaldılması ilə bağlı qərarlara riayət olunmalıdır. Ölkəmiz isə neft hasilatı və ixracını məhdudlaşdırmaq niyyətində deyil. Çünki illərdir çalışsaq belə, dövlət büdcəsi neft gəlirlərindən asılı durumdadır.

Neft hasilatının azaldılması da ölkənin dövlət büdcəsinə təsir etmiş olacaq. Bu baxımdan Azərbaycan bu təkliflərə müsbət yanaşma sərgiləmir. Həmçinin bu sahədə ixracatla bağlı məsələlər vardır ki, OPEC bu sahəni nəzarətdə saxlamaq məqsədilə monitorinqlər həyata keçirir. Eyni zamanda sözügedən təşkilatın tərkibində olan komitələr vardır ki, üzv dövlətlərin verdiyi bəzi qərarlara təsir etməyə çalışır. Bu məsələ də Azərbaycanın digər dövlətlərlə iqtisadi–ticari transferlərlə bağlı anlaşılmazlıqlara səbəb ola bilər. Buna görə də Azərbaycan bu siyasi–iqtisadi məsələlərə görə bu təkliflərdən uzaq qaçır.
Lakin qeyd etmək lazımdır ki, Azərbaycanın təşkilata üzv olaraq həmin dövlətlərin təcrübəsini mənimsəməsi pis olmaz. Düşünürəm ki, yaxın gələcəkdə də bu mövzu ölkəmiz üçün aktual olmayacaq”.

Yusif Səmədzadə

www.yenicag.az

269
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv