Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

İllərdir kirayədə qalan ƏMƏKDAR ARTİST: “İnsult keçirdim, həkimlər dedi ki…”

“Bir yandan pandemiya, bir yandan da insult keçirdim. Bir tərəfim işləmirdi, indi-indi özümə gəlirəm. Evdə həkim nəzarəti altında müalicə olunuram. Buna görə heç sənət dostlarımın dəfninə də gedə bilmədim”.

Bunu Yenicag.az-a apçıqlamasında tanınmış aktyor, əməkdar artist Novruz Qartal deyib.

Aktyor həkimlərin ona qoyduğu qadağalardan da danışıb:

“Həkimlər dedi ki, əsəbiləşmisən, buna görə insult keçirmisən. Qəti şəkildə tapşırıblar ki, özümü qorumalıyam, əsəb, stress olmaz. Bir yandan da pandemiyaya görə tünlük olan yerlərə getmirəm. Nə efirə çıxıram, nə filmlərə çəkilirəm. Səhhətimə görə seriallardan da imtina etmişəm. Şükürlər olsun ki, insultdan sonra danışığımda, hərəkətimdə yaranan məhdudiyyətlər aradan qalxıb. Teatr açılsın, səhnəyə çıxmaq arzusundayam”.

Aktyor maddi durumundan da söz açıb:

“İllərdir ki, kirayələrdə yaşayıram. İndinin özündə 9 ailə üzvümlə – qızım, oğlanlarım, nəvələrimlə bərabər kirayədə qalırıq. Çox çətindir. Dəfələrlə lazımi yerlərə müraciət də etmişəm, amma xeyri yoxdur”.

Cəvahir

www.yenicag.az

362
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100