!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İlon Maskın məqsədi...” - “Twitter” şirkətində nə baş verir?

!Reklam – Yazi

Ən məşhur sosial şəbəkə platformalarından biri olan “Twitter” işçilərinin sayını azaltmağa davam edir. Şirkət bir neçə aydır ki, müəyyən ixtisarlar edir. Daha 200 nəfər işçi heyəti vəzifəsindən kənarlaşdırılıb.

Yenicag.az xəbər verir ki, iş adamı İlon Mask platformanı alanda 7500 insandan çox komanda heyəti mövcud idi. İndi isə şirkətin ümumi işçilərinin sayı 2000-ə enib.

Sosial şəbəkələrdə şirkətin bu cür ixtisarlar etməsi tənqidlərə səbəb olub. İ. Mask isə bunun doğru addım olduğunu, şirkətə pul qazandırmağı bacaran insanları saxlayacağını bildirib. Amma əksinə, “Twitter” reklam sponsorlarının 90 faizini itirib.

Məsələ ilə bağlı “CNN”, “BBC”, “The Guardian” və s. məşhur media agentliktləri platformanın məsul şəxsləri ilə əlaqə saxlamağa çalışsa da, zəngləri cavablandıran olmayıb.

www.yenicag.az

1807
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv