!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İmamlardan Dağıstan rəhbərinə SƏRT REAKSİYA: Tələb irəli sürdülər - VİDEO

!Reklam – Yazi

Dağıstan imamları iğtişaşlarda saxlanılanları cəzalandırmamaq tələbi ilə Sergey Melikova müraciət ediblər.

Yenicag.az xəbər verir ki, Dağıstanın müxtəlif rayon və şəhərlərinin qumık nümayəndələri və imamları oktyabrın 29-da Mahaçqala hava limanında baş verən iğtişaşlara münasibət bildiriblər.

Toplaşanlar Dağıstan rəhbəri Melikovun etirazçılara qarşı sərt ifadələrini pisləyiblər. Dağıstan imamları onları cəzalandırmamaq tələbi ilə Sergey Melikova müraciət ediblər.

Xatırladaq ki, Melikov Mahaçqaladakı iğtişaşların iştirakçılarını “zavallı, vəhşi qorxaqlar” və “heyvan” adlandırıb.

Qeyd edək ki, qumıklar Şimali Qafqazın ən böyük türk xalqıdır. Onlar əsasən Dağıstan, Çeçenistan və Şimali Osetiyada yaşayırlar. 2021-ci ilin məlumatlarına görə, dünyada kumukların ümumi sayı 700.000-dən çox idi.

Məlumata görə, İstintaq Komitəsi Dağıstanda iğtişaşlarda iştirak edən 20-dən çox şübhəli şəxsi müəyyənləşdirib.

Xuraman Etibarlı

www.yenicag.az

186
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv