Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İmişlidə dəhşətli qəza: 1 ölü, 8 yaralı

İmişlidə ağır yol qəzası olub.

Yenicag.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 8 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Sarıxanlı kənd sakini, 48 yaşlı Babək Əsədovun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Şahverdili kənd sakini, 23 yaşlı Elton Əmirovun idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə “VAZ 2107” markalı avtomobilin sürücüsü hadisə yerində ölüb, sərnişinlər – Sarıxanlı kənd sakinləri, 11 yaşlı Rəşad Əsədov, 59 yaşlı Pencalı Babayev, 28 yaşlı Leyla Babayeva, 55 yaşlı Minarə Babayeva, 23 yaşlı Coşqun Fərzalızadə, “Mercedes” markalı avtomobilin sürücüsü və sərnişinləri – Məmmədli kənd sakini, 7 yaşlı Yusif Rəhimli, 30 yaşlı Nail Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili yardım maşınları ilə İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hadisə ilə əlaqədar avtotexniki ekspertiza təyin edilib.

www.yenicag.az

1507
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100