!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İmişlidə itkin düşən azyaşlı tapıldı

!Reklam – Yazi

İmişlidə itkin düşən azyaşlı tapılıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, aprelin 26-sı axşam saatlarında rayon sakini Y.Rəhimov İmişli Rayon Polis Şöbəsinə (RPŞ) övladının itməsi barədə məlumat verib.

RPŞ-nin və İmişli Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən təxirəsalınmaz axtarış tədbirləri nəticəsində azyaşlı qısa müddətdə rayon ərazisində tapılaraq şöbəyə gətirilib.

Polis əməkdaşları tərəfindən azyaşlının ailəsi ilə əlaqə saxlanılıb və o, tam sağlam olaraq ailəsinə təhvil verilib.

www.yenicag.az

465
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv