!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İmişlidə qəza: Xəsarət alanlar var

!Reklam – Yazi

İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, İmişli rayonu ərazisində iki avtomobil toqquşub.

Qəza nəticəsində Sabirabad rayonunun Zalqarağac kənd sakini, 1964-cü il təvəllüdlü Cəbrayılov Ənvər Qulyar oğlu və daha bir nəfər xəsarət alıb.

Xəsarət alanlardan biri hadisə yerində ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicəyə buraxılıb.

Digər yaralı Ə. Cəbrayılov isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır./Report/

www.yenicag.az

512
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv