!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İmperiyalar arasında RƏQABƏT: "Rusiya ilə Fransa həm Afrikada, həm də Cənubi Qafqazda..." - POLİTOLOQ

!Reklam – Yazi

“Fransa Cənubi Qafqaza daxil olmaq istəyir. Necə ki, Rusiya sabiq Fransa müstəmləkələrinə soxulub”.

Bu sözləri Afrikada cərəyan edən hadisələr, Rusiyanın Fransanın təsirində olan ölkələrə daxil olması, fransız rus rəqabətini şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, Fransa ilə Rusiya həm Afrikada, həm də Cənubi Qafqazda rəqabət içərisindədir:

“Fransa ilə Rusiyanın birləşdirən və ayıran cəhədlər var. Birləşdirən cəhəd odur ki, hər ikisi imperiyadır. İmperiyalar dağılır, onun hissələri yavaş-yavaş Fransa və Rusiyadan qopur, uzaqlaşır. Hər ikisi üçün bu, eynidir. Fransadan ayırlan ölkələr bu və ya digər formada başqa dövlətlərin təsiri altına düşür. Əvvəllər ABŞ çox ciddi təsir göstərirdi, koloniyaları Fransadan ayırırdı. İndi isə Rusiya bunu etməyə çalışır. Vaxtilə Liviya bu məsələ üçün çalışırdı. Qəddafinin öldürülməsinin əsas səbəblərindən biri də o idi ki, o, puluna güvənərək Afrikada nəzarəti ələ almaq istəyirdi.

Rusiya çalışır ki, Fransanı sıxışdırsın. Eyni zamanda bu proses Rusiyada da baş verir. Sovet respublikları yavaş-yavaş Rusiya təsirindən çıxmağa çalışır. Əvvəl Baltikyani ölkələr ayrıldı, Ukrayna və Gürcüstan bu yolu tutdu. İndi isə Azərbaycanla Ermənistan bu yolla gedir. Bundan istifadə edib mövqelərini möhkəmləndirmək istəyən Türkiyə, ABŞ, İngiltərə var. Fransa da bu məkana daxil olmaq istəyir. Necə ki, Rusiya sabiq Fransa müstəmləkələrinə soxulub. Eləcə də Fransa da bunu edir. Konkret olaraq, Fransanın Total şirkəti Azərbaycandakı qaz yataqlarını istismar edir. Hazırda iki imperiya bir-birinin bazarları uğrunda savaş aparır”.

Səxavət Məmməd

www.yenicag.az

214
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv