!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İmtahan nəticələri AÇIQLANDI

!Reklam – Yazi

Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinləri və müəllimlərin işə qəbulu üzrə iyulun 16-da keçirilmiş test imtahanının nəticələri elan olunub. İmtahan Dövlət İmtahan Mərkəzi (DİM) və Mədəniyyət Nazirliyi tərəfindən birgə keçirilib.

DİM-dən Yenicag.az-a bildirilib ki, iştirakçılar imtahan nəticələri və cavab kartlarının qrafik təsviri ilə DİM-in internet saytında tanış ola bilərlər. Namizədlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 1134 nəfərdən 25 nəfər imtahana gəlməyib.

Direktor və direktor müavinilərinin imtahanında namizədlərə 100, müəllimlərin imtahanında isə 70 test tapşırığı təqdim olunub. Hər düzgün cavab bir balla qiymәtlәndirilir.

Test mərhələsində tələb olunan keçid balını toplayaraq uğur qazanan namizədlər müsahibə mərhələsinə buraxılırlar.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən iyulun 20-dən etibarən (telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər iyulun 19-u saat 10:00-dan iyulun 21-i saat 17:00-dək DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çoxu 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

 

www.yenicag.az

227
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv