İmtahanlarda ən yaxşı və ən pis nəticə göstərən rayonlar – ADLAR

Son 4 il ərzində Bakıda məktəblərin buraxılış imtahanlarının nəticələrinə görə irəliləməsi və geriləməsi rayonlar üzrə təhlil edilib.

Yenicag.az-ın məlumatına görə, bunu Bakı şəhəri üzrə təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva deyib.

M.Vəliyevanın sözlərinə görə, 9-cu sinif şagirdlərinin imtahan nəticələrinə əsasən siyahıda ilk üçlükdə Bakının Səbail, Xətai, Nəsimi rayonlarının, son üçlükdə isə Xəzər, Pirallahı və Qaradağ rayonlarının məktəbləri gəlir.

Nazir müavini qeyd edib ki, əvvəlki tədris ili ilə müqayisədə 2017/2018-ci tədris ilində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında qeyri-müvəffəq qiymət alanların sayı 0,54 faiz azalıb, müvəffəq qiymət alanların sayı isə 2,16 faiz artıb.

Nazir müavini əlavə edib ki, hazırda BŞTİ-nin tabeliyində 317 orta məktəb var: “2017-2018-ci tədris ili ilə müqayisədə bu tədris ilində müəllimlərin sayı 0,3 %, şagirdlərin sayı 4, 5 faiz artıb. Bakıdakı şagirdlərin 83 faizi Azərbaycan, 17 faizi rus bölməsi üzrə təhsil alır”.

COP29