Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İmtahanların idarə olunmasına ancaq bu şəxslər cəlb ediləcək

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların təşkili və idarə olunması prosesinə ümumi imtahan rəhbəri, imtahan rəhbəri, nəzarətçi-müəllim, mühafizə əməkdaşı və s. qismində müxtəlif qurumlarda çalışan xeyli sayda əməkdaş cəlb olunur.

Dövlət İmtahan Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, koronavirus xəstəliyinin yayılması əleyhinə həyata keçirilən tədbirlərə uyğun olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların idarə olunmasına COVID-19 pasportu olan şəxslər cəlb olunacaqlar.

Dövlət İmtahan Mərkəzinin məlumat bazasında olan və müxtəlif təyinatlı imtahanlara cəlb olunan şəxslərin müvafiq pasportunun olması əvvəlcədən yoxlanılacaq və imtahanlara peyvənd (hər iki doza) və ya immunitet sertifikatı olan şəxslər dəvət olunacaqlar.

www.yenicag.az

130
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100