Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Inci Residence Guneshli"də can bazarı: Fəhlələrin həyatı təhlükədə - FOTO

Son vaxtlar tikinti sahəsində baş verən ölümlərin sayı çoxalıb.

Yenicag.az xəbər verir ki, təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə görülməməsi nəticəsində müxtəlif faciələr qeydə alınır.

Ötən gün də “20-ci Sahə” adlanan ərazidə yerləşən yaşayış kompleksinin tikintisi zamanı fəhlə, 1985-ci il təvəllüdlü Həsənov Fuad Oqtay oğlu 12-ci mərtəbədən yıxılaraq hadisə yerindəcə ölüb.

Yəqin ki, bu son faciə olmayacaq.

Məsələn, Yeni Günəşlidə hündürmərtəbəli bina tikən “Inci Residence Guneshli” şirkəti də fəhlələrin təhlükəsizliyi ilə bağlı ciddi tədbir görmür. Bu, sizə təqdim etdiyimiz fotodan da açıq-aşkar görünür. Düzdü, fəhlələrin başında “kaska”lar var. Lakin bu, onların həyatını tam sığortalamır. Ani bir ehtiyatsızlığın növbəti faciə ilə nəticələnəcəyi istisna deyil. Görünür, “Inci Residence Guneshli” üçün insan faktoru elə də önəmli deyil. Əsas odur ki, işləri getsin.

Loading...

www.yenicag.az

1462
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100